"Amma indi onları açıqlamaq istəmirəm"
Avroliqanın play-off mərhələsinin cavab oyunu çərçivəsində 2 gün sonra Bakıda “Neftçi”nin qonağı olacaq “Partizan”ın baş məşqçisi Marko Nikoliç bu gün Serbiyada jurnalistlərlə görüşüb.
Sportal.az xəbər verir ki, “Neftçi”yə qarşı keçirəcəkləri oyun barədə danışan Nikoliç, səfərdə uduzmayacaqlarını bildirib:
"Məqsədimiz Avroliqanın qrup mərhələsinə düşməkdi. Hər şey özümüzdən asılıdır. “Neftçi”nin zəif tərəfləri var. Amma indi onları açıqlamaq istəmirəm. Evdə qalib gəldik, səfərdə də qələbə qazanmağa çalışacağıq. Dekabr ayından bu yana cəmi bir dəfə məğlub olmuşuq. Əminəm ki, Bakıda da bu seriyanı davam etdirəcəyik. "Neftçi"yə qol vurmaq şansı verməməliyik. Müdafiə və ya hücum futbolu oynacağımızla bağlı danışmaq mənasızdır. Taktiki cəhətdən intizamlı oynamağa çalışacağıq. Biz artıq Belqradda "Neftçi" ilə oynamışıq və onları yaxşı tanıyırıq”.
saytlarin hazirlanmasi