"Azarkeşlərimizin güclü dəstəyi sayəsində "Partizan"dan qisas alacağıq"
Avroliqanın pley-off mərhələsində "Neftçi" sabah Respublika stadioununda "Partizan"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın qapıçısı Saşa Stamenkoviç bu oyun haqda fikirlərin UEFA-nın rəsmi saytına bildirib:
"Hələ oyundan öncə "Partizan"ın favorit olduğunu söyləmişdim. Belqradda oyuna çox yaxşı başladıq. İki qol vurduq və bu hesabı artırmalı idik. Ancaq təəssüf ki, buna nail olmadıq. Nəticədə məğlub olduq. Lakin bu hesab bizə qrup mərhələsində oynamağa ümid verir. Səfərdə iki qol vurub, minimal hesabla məğlub olmaq yaxşı nəticədir.
Yaxşı motivasiyamız və qələbə arzumuz var. Bakıda 1:0 və ya 2:1 hesabı da bizi qane edəcək. Əsas hədəfimiz yenidən Avropa Liqasının qrup mərhələsində oynamaqdır. Bu faktdır ki, "Neftçi" heç zaman müdafiə futbolu oynamayıb. Azarkeşlərimizin güclü dəstəyi sayəsində "Partizan"dan qisas alacağıq".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Belqradda baş tutan görüş 3:2 hesabı ilə Serbiya təmsilçisinin xeyrinə başa çatıb.
saytlarin hazirlanmasi