Vobay: "12-ci oyunçunun gücünü sabah hiss etmək istəyirik"

17:06 - 27 Avqust 2014

"Komanda olaraq hamımız yalnız qələbə haqqında düşünürük"
 
"Neftçi"nin futbolçusu Julius Vobay Avropa Liqasının pley-off mərəhələsindəki rəqibləri "Partizan"la cavab oyunu öncəsi açıqlama verib.
 
Sportal.az xəbər verir ki, klub saytına danışan syerra-leoneli yarımmüdafiəçi komanda olaraq, qələbəyə kökləndiklərini deyib:

"Bu mərhələdə asan rəqib olmur. "Partizan"la səfər görüşünə yaxşı başlasaq da, sonradan bəxt bizdən üz döndərdi. Serbiyada 2 qol vurmuşuq və bizi doğma stadionda minimal hesablı qələbə də qane edəcək. Komanda olaraq hamımız yalnız qələbə haqqında düşünürük. Tarixi uğurumuzu təkrarlamaq və qrup mərhələsinə adlamaq istəyirik. İnanıram ki, burada böyük azarkeş dəstəyinin köməyi ilə məqsədimizə nail olacağıq. 12-ci oyunçunun gücünü sabah hiss etmək istəyirik".

Qeyd edək ki, "Neftçi" - "Partizan" matçı sabah keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər xətti