Mirhüseyn Seyidov: "Partizan" səfərdə oynadığını hiss etməlidir"

17:25 - 27 Avqust 2014

"Meydanda bütün gücümüzü qoyacağıq"

 

"Partizan"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşmışdıq və rəqibin oyununa bələdik. Serblər əvvəlki ilə müqayisədə indi daha yaxşı təsir bağışlayır". 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov klubun rəsmi saytına açıqlamasında deyib. 

M.Seyidov Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la cavab matçında meydanda bütün güclərini qoyacaqlarını bildirib: "Meydanda bütün gücümüzü qoyacağıq. "Partizan" səfərdə oynadığını matç başlayandan son dəqiqələrə qədər hiss etməlidir. Azarkeşlərin də dəstəyi sayəsində qalib gələ bilərik. APOEL ilə səfər qələbəsindən sonrakı sevinci xalqımıza bir daha yaşatmaq niyyətindəyik". 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" qarşılaşmasısabah, saat 21:00-da start götürəcək. Bu komandalar arasında ilk görüşdəSerbiya təmsilçisi qələbə qazanıb - 3:2.

Xəbər xətti