"Həm “Neftçi”, həm də “Partizan” bir-birini yaxşı tanıyır"

21:41 - 27 Avqust 2014

“Hər iki komanda qrup mərhələsinə düşmək istəyir"
 
Bu gün "Neftçi" - "Partizan" oyununun oyun öncəsi mətbuat konfransı keçirilib.
 
Sportal.az xəbər verir ki, konfransda iştirak edən "Partizan"ın baş məşqçisi Marko Nikoliç bunları deyib:
 
“Hər iki komanda qrup mərhələsinə düşmək istəyir. İstər-istəməz Azərbaycandakı isti hava şəraiti bizim oyunçulara təsir edir. Həm “Neftçi”, həm də “Partizan” bir-birni yaxşı tanıyır. Azarkeşlərimizin az olması oyunumuza təsir ediə bilər. Bakı kifayət qədər modern şəhərdir. Hələ ki, stadionun durumu ilə tanış deyilik. Oyunçularımın hər birinə güvənirəm. İnanıram ki, yaxşı mübarizə aparacağıq. Hava şəraitinə uyğunlaşmaq üçün əlavə bir günümüz var. Məşqçi heyətimiz əlindən gələni edəcək ki, futbolçuları oyuna hazırlasınlar. Konsentrasiya çox vacibdir. Çalışacağıq ki, ilk oyundakı səhvləri etməyək. Kifayət qədər şanslarımız olacaq ki, biz də hücumlar edək. Düşünürəm ki, “Neftçi” çox güclü futbolçulardan ibarət komandadır. Vobay və Flavinyonu qeyd edə bilərəm. Bizə çox da asan olmayacaq. Ancaq Sebiyada qalib gəlmişik, burada da qələbə qazanmaq istəyirik. Bu mövsüm hələ ki, Avroliqada uduzmamışıq. Komandama inanıram Biz Belqraddakı oyunda məğlub duruma düşəndə də futbolçularıma və qələbəyə inanırdım. Bizdə elə problem olmayıb. Klubda hər şey qaydasındadır. Heç bir sıxıntımız yoxdur”.

Xəbər xətti