Oyuna 10000 bilet satılıb
“Neftçi” – “Partizan” matçına bir gün qalmış bilet satışının nə yerdə olduğunu öyrənmək üçün qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionuna üz tutduq.
Sportal.az ANSPRESS.com-a istinadən xəbər verir ki, düzdür, bu dəfə qeyri-qanuni bilet satışı ilə məşğul olanlara, yəni “qara bazar”a rast gəlməsək də oyuna bilet almağa gələnlərin sayının kifayət qədər olmasını gördük. Matçın biletlərinin qiymətlərinə gəlincə bu, 1 - 2 - 5 - 10 və 50 AZN arasında dəyişirdi. Sonuncu qiymətdə olan biletlər isə VIP yerlərə məxsusdur. Bu arada oyuna canlı baxmaq istəyən azarkeşlərin də bilet satışı ilə fikirlərini də öyrəndik. Məlum oldu ki, azarkeşlər bilet satışından razıdırlar.
Stadionun kassasında bildirdilər ki, artıq 10 min bilet satılıb və bu proses davam etdirilir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçının start fiti avqustun 28-də saat 21-də veriləcək.
saytlarin hazirlanmasi