Çempionlar Liqasının püşkü atılır: Komandalar hansı səbətlərdən qatılacaq?

13:35 - 28 Avqust 2014

"Qalatasaray" 3-cü səbətdə
 
Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, qrup mərhələsinin püşkatması öncəsi artıq səbətlərin tərkibi də bəllidir.

Birinci səbət: “Real” (İspaniya), “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Benfika” (Portuqaliya), “Atletiko” (İspaniya), “Portu” (Portuqaliya), “Arsenal” (İngiltərə)

İkinci səbət: “Şalke” (Almaniya), “Borussiya” (Dortmund, Almaniya), “Yuventus” (İtaliya), PSJ (Fransa), “Şaxtyor” (Ukrayna), “Bazel” (İsveçrə), “Zenit” (Rusiya), “Mançester Siti” (İngiltərə)

Üçüncü səbət: “Olimpiakos” (Yunanıstan), ÇSKA (Rusiya), “Ayaks” (Hollandiya), “Liverpul” (İngiltərə), “Sportinq” (Portuqaliya),  “Qalatasaray” (Türkiyə), “Atletik” (İspaniya), “Bayer” (Leverkuzen, Almaniya)

Dördüncü səbət: “Anderlext” (Belçika), “Malmö” (İsveç), “Roma” (İtaliya), “Ludoqorets” (Bolqarıstan), APOEL (Kipr), “Maribor” (Sloveniya), BATE (Belarus), “Monako” (Fransa) 

Xəbər xətti