"Neftçi" azarkeşlərinə səsləndi

16:54 - 28 Avqust 2014

"Təxribata uymasınlar"
 
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə Serbiya “Partizan”ı arasında cavab oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi oyun öncəsi azarkeşlərinə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir: "Azarkeşlərdən xahiş edirik ki, baş verə biləcək hər hansı təxribata uymasınlar.

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Çixura” (Gürcüstan) matçında qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və iki klubun birgə əməyi və səyi nəticəsində alınmışdı.

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş “Partizan” - “Neftçi” oyunundan sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər. Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandamızı sona qədər dəstəkləsinlər".

Xəbər xətti