Millimizin rəqibinin heyəti açıqlandı: Ulduz futbolçu kənarda qaldı

13:33 - 31 Avqust 2014

 Konte 27 futbolçuya təklif göndərdi
 
AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, “Skuadra Adzurra”nın yeni baş məşqçisi Antonio Konte qarşıdakı oyunlar üçün 27 futbolçuya dəvət göndərib. Onların arasında yenicə “Liverpul”a keçən Mario Balotelli yoxdu.  

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Valter Siriqu (PSJ), Mattia Perin (“Cenoa”), Daniele Padelli (“Torino”).

Müdafiəçilər: Leonardo Bonuççi, Corco Kyellini (hər ikisi “Yuventus”), Matteo Darmian (“Torino”), Mattia De Şilyo (“Milan”), Kristian Madco (“Napoli”), Qabriel Paletta (“Parma”), Manuel Paskual (“Fiorentina”), Andrea Ranokkiya (“İnter”).

Yarımmüdafiəçilər: Antonio Kandreva (“Latsio”), Daniele De Rossi, Alessandro Florensi (hər ikisi “Roma”), Klaudio Markizio (“Yuventus”), Marko Verratti (PSJ). Marko Parolo (“Parma”), Andrea Poli (“Milan”), Emanuele Cakkerini (“Sanderlend”).

Hücumçular: Çiro İmmobile (“Borussiya”, Dortmund), Mattia Destro (“Roma”), Stefan Əl-Şəravi (“Milan”), Sebastyan Covinko (“Yuventus”), Pablo Osvaldo (“İnter”), Simone Zaza (“Sassuolo”).

Qeyd edək ki, İtaliya millisi sentyabrın 4-də Baridə yoxlama oyununda Hollandiya ilə qarşılaşacaq. Sentyabrın 9-da isə “Skuadra Adzurra” seçmə mərhələnin ilk oyunu çərçivəsində Osloda Norveçin qonağı olacaq.

Xəbər xətti