"İstəyirəm hər bir futbolçumuzun yanına bir futbolçu da qoyum ki, öz qapımıza qol vurmasınlar"

20:51 - 31 Avqust 2014

“Oyunun ağır keçəcəyini bilirdik"
 
"Neftçi" növbəti qələbəsini qazanıb.
 
Sportal.az xəbər verir ki, "Simurq"la oyundan sonra klubun baş məşqçisi Böyükağa Hacıyev məbuat konfransında bunları deyib:
 
"3 gün öncə Avropa Liqasında “Partizan”la qarşılaşdıq və məğlub olduq. Bu tura qədər “Simurq”dan başqa bütün komandalar məğlub olmuşdu. “Simurq”un oyunöncəsi köklənməsi yaxşı idi. Komandamız vaxtında qolları vurdu, sağ olsunlar. Belə bir vaxtda 3 xal qazandığımız üçün şükürlər olsun. Bu gündən istəyirəm hər bir futbolçumuzun yanına bir futbolçu da qoyum ki, öz qapımıza qol vurmasınlar. Cinahdan gələn ötürmələr üzərində çox çalışırıq. Müdafiəçilər topa ayaq atanda çox diqqətli olmalıdırlar. Futbolda avtoqollar da olur. Bruno Bertuççi müalicə olunmaq üçün düşərgədən gedib. Məqsəd İsayev bu gün onun yoxluğunu unutdurdu. O, gəncdir, futbolçu kimi hələ yetişir, gələcəkdə ən yaxşılardan biri olacaq. Komandanın bütün hazırlığını özüm edirəm, buna görə də yoruluram. Bu səbəbdən fiziki hazırlıq üzrə məşqçini komandaya cəlb etmişik. Savadlı mütəxəssisdir, yaxşı işləyir. Mirkamil Həşimli bundan sonra əsas komandada oynayacaq. Cavid İmamverdiyev klubdan ayrılıb. Artıq insayd mövqeyinde Mirkamilə şans verəcəm”. 

Xəbər xətti