"Sumqayıt"da istirahət başa çatdı, məşqlərə davam

14:04 - 4 Sentyabr 2014

Popoviç də komandaya qoşuldu
 
Premyer Liqasının son turunda "Araz Naxçıvan" üzərində qələbə qazanan "Sumqayıt" Futbol Klubu 4 günlük istirahəti başa vurub.
 
Sportal.az xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında "Kapital Bank Arena"da bu gün səhər məşqlərə start verib.

Komandanın axşam məşqi saat 19:00-da olacaq. Qeyd edək ki, U-21-in heyətində yer alan 6 futbolçu - Şahrudin Məhəmmədəliyev, Slavik Alxasov, Bəxtiyar Həsənalızadə, Tərzin Cahangirov, Ceyhun Cavadov və Məhəmməd Qurbanov hazırlıqlara nisbətən gec qoşulacaq. Zədəli olan qapıçı Andrey Popoviç də artıq kollektivə qoşulub.

"Sumqayıt" sentyabrın 6-da "Bakı"nın təlim-məşq bazasında "İnter"lə yoxlama oyunu keçirəcək.

Xəbər xətti