"Neftçi"nin yeni vitse-prezidenti danışdı

15:48 - 5 Sentyabr 2014

"Fəaliyyətim müddətində heç zaman komandamızın uğurları üçün əlimdən gələni əsirgəməmişəm"
 
“Neftçi”nin vitse-prezidenti vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Mübariz Xudiyev klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:

“Neftçi” Azərbaycan futbolunun ən köklü, eyni zamanda ən titullu klubudu. Komandamız son 4 mövsümdə 3 dəfə çempion olub və 2 dəfə ölkə kubokunu qazanıb. Bu müddətdə “Neftçi” Avropa Liqasının qrup mərhələsində çıxış edib və bu mövsüm də pley-off mərhələsində mübarizə aparıb. Bu nailiyyətləri başda klub prezidenti olmaqla komanda şəklində əldə etmişik.

Fəaliyyətim müddətində heç zaman komandamızın uğurları üçün əlimdən gələni əsirgəməmişəm. Çalışacam ki, bundan sonrakı fəaliyyətimdə də üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. İnanıram ki, gələcəkdə də bu uğurlarımızın davamını gətirəcəyik”.

Xəbər xətti