"Aleksandr Qleblə fikir mübadiləsi aparıb səmərəli qeydlər götürdüm"
"Sumqayıt" Futbol Klubunun Baş meneceri Ceyhun Sultanov Belarusun paytaxtı Minsk şəhərindən işgüzar səfərdən qayıdıb.
Sportal.az xəbər verir ki, klub nümayəndəsi adıçəkilən ölkənin Futbol Federasiyası, BATE klubunun nümayəndə və məşqçi heyəti ilə görüşüb. Belarusdakı klubların iş sistemi ilə maraqlanan Sultanov adıçəkilən ölkədə çıxış edən Azərbaycan əsilli futbolçular haqqında məlumat toplayıb.
"Dörd günlük səfər çox səmərəli keçdi. Belarusda təlim-məşq toplanışları təşkil etmək üçün əlverişli şərait var. Oradakı otel və məşq meydançaları ilə maraqlandım. Bundan başqa, federasiya nümayəndələri ilə görüşüb klublardakı menecerlik sistemi ilə tanış oldum. BATE klubunun baş məşqçisi Aleksandr Yermakoviç və Belarusun canlı əfsanəsi Aleksandr Qleblə fikir mübadiləsi aparıb səmərəli qeydlər götürdüm"- deyə Sultanov bildirib.
saytlarin hazirlanmasi