"Neftçi" "İsmət Qayıbov"da məşq edəcək

17:16 - 9 Sentyabr 2014

Komandanın məşqi 18:00 da başlayacaq

 

“Neftçi” sentyabrın 13-də “Xəzər Lənkəran”la keçiriləcək oyunun hazırlığını İsmət Qayıbov adına stadionda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, komandanın Bakıxanov qəsəbəsində yerləşən arenadakı məşqi bu gün saat 18:00-da başlanacaq.
 

Milli komandaların heyətinə cəlb olunanlar, eləcə də zədəsini müalicə etdirmək üçün Belçikada olan hücumçu Ernest Nfordan başqa digər futbolçular “Neftçi”nin düşərgəsindədi.

Xəbər xətti