Rumıniyalı futbolçu məşqçiliyə başlayır
İtaliyanın “inter” klubunda uzun müddət zədədən əziyyət çəkən Kristian Kivu özünü məşqçilikdə sınayacaq.
Sportal.az xəbər verir ki, Kivu futbolçu karyerasını başa vuranda agent olacağını demişdi. Lakin rumıniyalı futbolçu sözünü geri götürərək, indi özünü məşqçi kimi göstərmək istəyir. 33 yaşlı futbolçu buna belə münasibət bildirib:
“Çox düşündüm və belə qərara aldım ki, məşqçi olum. Futboldan ayrıla bilmirəm. Ona görə də özümü məşqçi kimi sınayacağam. Əgər uğurlu alınsa, qalıb işləyəcəyəm. Əks halda agent kimi çalışacağam”.
saytlarin hazirlanmasi