İtaliya A Seriyası: Teves “Yuventus”a qələbə bəxş etdi

02:00 - 21 Sentyabr 2014

Turin təmsilçisi "San Siro"dan 3 xal apardı 
 
İtaliya A seriyasında 3-cü tura iki oyunla start verilib.
 
 
Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “San-Siro”da baş tutub. Cari mövsümə uğurlu başlayan “Milan” son illərin çempionu “Yuventus” komandası ilə üz-üzə gəlib.
 
 
İlk 45 dəqiqə qarşılıqlı hücumlarla keçsə də, tərəflərdən heç biri fərqlənə bilməyib. Fasilədən sonra üstünlüyə yiyələnən turinlilər 71-ci dəqiqədə Karlos Tevesin sayəsində istəklərinə çatıblar. Məhz argentinalı hücumçunun vurduğu qol matçın taleyini həll edib.  
 
 
20 sentyabr
 
İtaliya A Seriyası 3-cü tur
 
“Çezena” – “Empoli”  2:2
Qollar: Marilunqo, 30, Defrel, 32 - Tavano, 55, Ruqani, 72
 
“Milan” – “Yuventus”  0:1
Qol: Teves, 71

Xəbər xətti