İnzaginin komandası hələ də özünə gələ bilmir
İtaliya A Seriyasında 4-cü tura bir oyunla start verilib.
Sportal.az xəbər verir ki, Filippo İnzaginin başçılıq etdiyi “Milan” səfərdə “Empoli”nin qonağı olub.
Ötən tur evdə çempionluq uğurunda mübarizədə əsas rəqiblərindən biri sayılan “Yuventus”a 1:0 hesabı ilə yenilən “Milan” bu dəfə də xal itkisiylə üzləşib.
İlk 30 dəqiqədə artıq meydan sahibləri Tonelli və Puccarellinin qolu ilə hesabda 2:0 irəlidə olub. Birinci hissənin başa çatmasına iki dəqiqə qalmış Fernando Torres qollardan birinin əvəzini çıxıb. “Milan”ın bərabərlik qolu 57-ci dəqiqədə Xondadan gəlib. Matçın sonlarında “Empoli” meydanda azlıqda qalıb. Valdifonin qırmızı vərəqə alması da oyunun taleyini dəyişməyib.
23 sentyabr
İtaliya A Seriyası 4-cü tur
“Empoli” – “Milan” 2:2
Qollar: Tonelli, 13, Puccarelli, 21 – Torres, 43, Xonda, 57
saytlarin hazirlanmasi