İtaliya A Seriyası: “Qarabağ”ın rəqibi qələbə qazandı

01:45 - 25 Sentyabr 2014

"Yuventus"la "Roma"nın qarşısını alan tapılmır 
 
İtaliya A seriyasında 4-cü turun qalan oyunları keçirilib.
 
 
Sportal.az  xəbər verir ki,  Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi İtaliyanın “İnter” klubu doğma meydanda “Atalanta”nı sınağa çəkib. 40-cı dəqiqədə Osvaldonun qolu sayəsində hesabda irəli çıxan milanlılar fasilədən sonra bu üstünlüyü artırıblar. Digər oyunlarda “Kalyari” “Torino”nu, “Fiorentina” isə “Sassuolo” ilə üz-üzə gəlib. 
 
 
24 sentyabr
 
 
İtaliya A Seriyası 4-cü tur
 
“Kalyari” – “Torino”  1:2
Qollar: Kossu, 11 – Qlik, 21, Quaqliarella, 29
 
“Fiorentina” – “Sassuolo”  0:0
 
“İnter” – “Atalanta”  2:0   
Qollar: Osvaldo, 40, Hernanes, 87
 
“Yuventus” – “Çezena”  3:0 
Qollar: Vidal, 18-pen, 64, Lixştayner, 85
 
“Napoli” – “Palermo”  3:3
Qollar: Koulibali, 2, Zapata, 11, Kalehon, 45+1 – Belotti, 18, 63, Vazkues, 24
 
“Parma” – “Roma”  1:2
Qollar: De Keglie, 56,  - Lyajiç, 27, Pyaniç, 88  
 
“Sampdoriya” – “Kyevo”  2:1 
Qollar: Qastaldello, 45, Romaqnal, 81 – Palosçi, 90
 
“Verona” – “Cenoa”  2:2 
Qollar: Taktsidis, 52, İonita, 65 - Matri, 34; 48

Xəbər xətti