"Milan" - "Kyevo" 2:0 VİDEO

03:00 - 5 Oktyabr 2014

Muntaridən möhtəşəm qol
 
İtaliya A Seriyasında 6-cı tur çərçivəsində iki qarşılaşma keçirilib.
 
Sportal.az xəbər verir ki, “Milan” doğma divarlar arasında “Kyevo”nu qəbul edib. İlk 45 dəqiqədə meydan sahibləri üstünlüyə yilənsə də, rəqib  qapısına yol tapa bilməyib. Milanlılar istəklərinə fasilədən sonra çatıblar.
 
55-ci dəqiqədə Muntari möhtəşəm qolla “Milan”ı hesabda önə çıxarıb. 89-ci dəqiqədə Xonda "Kyevo"nun qapısından ikinci topu keçirərərk komandasının qələbəsini rəsmləşdirib. 
 
 
 

Xəbər xətti