İtaliya A Seriyası: Liderlərin duelindən "Yuventus" qalib ayrıldı

01:45 - 6 Oktyabr 2014

“Qarabağ”ın rəqibi “Fiorentina”yla  bacarmadı 
 
İtaliya A Seriyasında 6-cı turun qalan oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, hesabat turunun mərkəzi qarşılaşması Turində “Yuventus”la “Roma” arasında baş tutub. Çempionluq uğrunda mübarizə aparan komandalardan biri qalib gələcəyi halda turnir cədvəlində liderliyə yüksələcəkdi.  
 
27-ci dəqiqədə turinlilər argentinalı hücumçu Tevesin sayəsində hesabı açıblar. Lakin ev sahiblərinin qol sevinci cəmi beş dəqiqə çəkib. “Roma”nın kapıtanı Totti hesabı bərabərləşdirib. Bu azmış kimi qanaqlar İturbenin qoluyla hesabda önə də keçiblər. Ancaq romalıların fasiləyə üstün yollanmasına Teves imkan verməyib. Argentinalı forvard penaltini dəqiq yerinə yetirərək oyunda dublunu rəsmləşdirib.
 
Oyunun ikinci hissəsi sakit məcrada keçsə də, son 10 dəqiqə qırmızı vərəqələrlə yadda qalıb. Bonuççinin qolundan sonra meydanda mübarizə daha da gərginləşib.  Bunun müqabilində əvvəl “Yuventus”lu Moratta,  ardından “Roma”dan Monolas qırmızı vərəqəylə meydan uzaqlaşdırılıb.
 
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “İnter” isə səfərdə “Forentina” ilə üz-üzə gəlib. Meydan sahibləri oyunun taleyini elə birinci hissədə Babakar və  Kuadradonun vurduğu qollarla həll edib.  
 
 
İtaliya A Seriyası 6-cı tur
 
 
5 oktyabr
 
 
“Empoli” - “Palermo”  3:0
Qollar: Makkarrone, 4, Tonelli, 33, Pukkiarelli, 64
 
“Latsio” - “Sassuolo”  3:2
Qollar: Mauri, 9, Corceviç, 25, Kandreva, 35 – Berardi, 26, 50-pen
 
“Parma” -  “Cenoa”  1:2
Qollar: Koda, 66 - Perotti, 54, Matri, 90+3
 
“Sampdoriya” - “Atalanta”  1:0
Qol: Qabbiadini, 35
 
“Udineze” - “Çezena”  1:1
Qollar: Fernandes, 62 - Kascione, 90+3-pen
 
“Yuventus” - “Roma”  3:2
Qollar: Teves, 27-pen, 45+4, Boniççi, 86 - Tooti, 32, İturbe, 44
 
“Fiorentina” - “İnter”  3:0
Qollar: Babakar, 7, Kuadrado, 19, Tomoviç, 76 
 
“Napoli” - “Torino”  2:1
Qollar: İnsiqne, 55, Kallexon, 72 - Quaqliarella, 14

Xəbər xətti