Almeyda İtaliya klubuyla müqavilə bağladı

01:45 - 7 Oktyabr 2014

Portuqaliyalı hücumçu karyerasını "Çezena"da davam etdirəcək

 

“Beşıktaş”la müqaviləsini yeniləməyən və ardından da Qətərə üz tutan Huqo Almeyda özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu karyerasını İtaliyanın “Çezena” klubunda davam etdirəcək. Ötən mövsümün sonunda “Beşıktaş”ın ilinə 2,5 milyon avro təklifi razılaşmayan 30 yaşlı futbolçu İtaliya təmsilçisinə azad agent statusuyla keçib. “Çezena”da ilinə 400 min avro mavacib alacaq futbolçu artıq klubla  2 illik müqavilə bağlayıb.    

Xəbər xətti