"İnter"in azarkeşləri Massarinin istefasını tələb edir

02:15 - 7 Oktyabr 2014

Klub prezidenti baş məşqçini dəstəklədi  
 
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” klubunun İtaliya A Seriyasında vəziyyəti elə də yaxşı getmir.
 
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin çempionatda ardıcıl böyükhesablı məğlubiyyəti baş məşqçi Valter Massarinin istefası ilə nəticələnə bilər. “İnter”in oyunundan narazı olan azarkeşlər də klub rəhbərliyindən baş məşqçinin postundan uzaqlaşdırılımasını tələb edirlər. “İnter” klubunun prezidenti Erik Tohir isə azarkeşlərin bu fikiriylə razılaşmır:
 
“Əlbəttə, elə etməliyik ki, komanda yaxşı nəticələr əldə etsin. Hələ komandanın hansı mövqelərin zəif təsir bağışladığını deyə bilmərəm. Müdafiədə hər şey qaydasındadır. Mərkəzdə də oyun qurucuları yaxşı çıxış edirlər. Həmin mövqedə Kovaçiç, Medel və Ernanes oynayır. Ola bilsin “Kalyari”yə 4:1 hesablı məğlubiyyət komandaya pis təsir edib.
 
“Fiorentina”ya qarşı oyunda futbolçuların yorgunluğu göründü. Ola bilsin ki, hələ bəzi futbolçuların ardıcıl oynamağa gücü çatmır. Massari “İnter”in uğur qazanması üçün əlindən gələni edir. Ona görə də, baş məşqçiyə etimad gəstərməklə yanaşı ona dəstək vermək lazımdır”. 

Xəbər xətti