"Milan"da şok: futbolçu "Ebola"ya tutuldu

18:30 - 13 Oktyabr 2014

"Essyen çox güclü insandır"

 

"Milan" klubunun yarımmüdafiəçisi Maykll Essyen "Ebola" xəstəliyinə tutulub.

 

Sportal.az xəbər verir ki, bu xəbəri klub rəsmisi Rikkardo Koli də təsdiqləyib.
 
O, xəbərdən şoka düşdüklərini, amma Essyenin vəziyyətinin yaxşılaşacağına inandığını bildirib: "Essyen çox güclü insandır. Ona Ebola diaqnozu çox tez qoyulub. Futbolçumuz nəzarət altındadır və vəziyyəti düzəlməlidir. Klubumuzdakı hər kəs şokdadır".

Xəbər xətti