Mario Balotelli: "Prandelli adam olsaydı..."

02:00 - 17 Oktyabr 2014

"Antonio Kontenin fikirlərinə hörmət edirəm" 
 
İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandellinin hücumçu Mario Balotelli haqqında sərt açıqlamalar vermıəsi futbolçunu hövsələdən çıxarıb.
 
Sportal.az xəbər verir ki, “Liverpul”un  italiyalı forvardı keçmiş baş məşqçiyə belə cavab verib: 
 
“Prandelli dünya çempionatından sonra bir qəzetə verdiyi açıqlamada haqqımda bəzi xoşagəlməz sözlər işlətmişdi. Ondan bunu gözləməzdim. O vaxt baş məşqçiyə cavab verməyi lazım bilmədim. Əgər bir insan sözü üzə deməyi bacarmırsa, ona cavab verməyə dəyməz. Ondan fərqli mən nə vaxtsa onunla qarşılaşsam sözümü üzünə deyəcəyəm. Ümumiyyətlə, Prandelli adam olsaydı...”
 
Mario Balotelli İtaliya millisinə niyə çağrılmadığına da aydınlıq gətirib:
 
“Liverpul”da hələ qol vura bilmirəm. Mənimn yerimə milliyə dəvət alan Pelle  formadadır. O, komandada oynamağı haqq edir. İtaliyanı çox sevirəm və imkan vermərəm ki, kimsə yığma komandam haqqında pis danışsın. Antonio Kontenin fikirinə hörmətlə yanaşıram. Ola bilsin ki, indiki məqamda mənim oyunum onu qane etmir. Ancaq çalışacağam ki, onun etimadını qazanım və yenidən millidə yer alım”     

Xəbər xətti