"Qarabağ"ın rəqibinin prezidenti istefa verdi

20:45 - 23 Oktyabr 2014

Massimo Moratti vəzifədən ayrıldı

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi "İnter"in fəxri prezidenti Massimo Moratti istefa verdiyini açıqlayıb.

Sportal.az xəbər verir ki, klubun sahibi Erik Thoririn istəyi ilə fəxri prezident seçilən Morattinin bu gün istefa verdiyi məlum olub.

Qeyd edək ki, M.Moratti 1995-ci ildən "İnter"in prezidenti vəzifəsində çalışıb. Onun prezidentliyi dövründə "İnter"  İtaliya A seriyasını (5 dəfə),  İtaliya kuboku (4 dəfə), İtaliya superkubokunu (4 dəfə),  Çempionlar Liqasını, UEFA superkubokunu qazanıb.

Xəbər xətti