İtaliya təmsilçisinin yarımmüdafiəçisi zədələnib
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İtaliyanın "İnter" klubu itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Yann Mvila Avroliqanın üçüncü turunda "Sent-Etyen"lə qarşılaşmada sıradan çıxıb. Fubolçunun bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, Mvila cari mövsümdə "İnter"də 9 görüşdə meydana çıxıb.