"Qarabağ"ın rəqibi "Çezena"dan 3 xal qopardı
İtaliya A Seriyasında 8-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub. Turnir cədvəlinin lideri “Yuventus” doğma meydanda “Palermo”ya qalib gəlib. “Verona” qarşısında “Napoli” hesabda geriyə düşməsinə baxmayaraq, sonradan rəqibini darmadağın edib.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” İkardın qoluyla səfərdə “Çezena”nı çətinliklə olsa da məğlub edə bilib. “Milan” isə “San-Siro”da “Fiorentina” ilə sülh bağlayıb.
İtaliya A Seriyası 8-ci tur
25 oktyabr
“Empoli” – “Kalyari” 0:4
Qollar: Sau, 31, Avelar, 36, 38, Ekdal, 45+2
“Parma” - “Sassuolo” 1:3
Qollar: Kassano, 78 - Flokkari, 20, Akerbi, 24, Tayder, 52
“Sampdoriya” - “Roma” 0:0
26 oktyabr
“Kyevo” - “Cenoa” 1:2
Qollar: Zukanoviç, 36 - Matri, 72, Pinilla, 84
“Yuventus” - “Palermo” 2:0
Qollar: Vidal, 32, Llorento, 64
“Udineze” - “Atalanta” 2:0
Qollar: Di Natale, 6, Tereau, 36
“Çezena” - “İnter” - 0:1
Qol: İkardi, 32-pen
“Latsio” - “Torino” 2:1
Qollar: Biqlia, 15, Kloze. 60 – Farnerud, 53
“Napoli” - “Verona” 6:2
Qollar: Hamşik, 44, 58, İquain, 68, 84, 90-pen, Kallehon, 76 - Hallfredsson, 1, Lopes, 66
“Milan” - “Fiorentina” 1:1
Qollar: de Yonq, 25 - İliç, 64
saytlarin hazirlanmasi