Salih Uçan "Roma"dan "Parma"ya uçur

02:45 - 29 Oktyabr 2014

Türkiyəli futbolçu paytaxt klubuna lazım olmadı
 
"Fənərbaxça”dan böyük ümidlərlə “Roma”ya keçən Salih Uçan əsas heyətə düşməkdə çətinlik çəkir.
 
Sportal.az xəbər verir ki, türkiyəli futbolçu hələ də İtaliya təmsilçisində debüt etməyib.“Roma”nın baş məşqçisi Rudi Qarsiya futbolçunun əsas heyətə düşmək şansının az olduğunu açıqlayıb:
 
“De Rossi, Pyaniç, Keyta, Florensi və Strotman kimi futbolçularla rəqabət aparmaq Salihə çətin olacaq.  Hətta futbolçunun 18-likdə yer almaq ehtimalı da azdır. Onun formada qalması üçün 6 ay başqa komandada oynamasını lazım bildik. Artıq menecerlə görüşdə bütün detallara aydınlıq gətirmişik. Qışda Salih Uçan “Parma”ya keçəcək.  Orada altı ay işarə əsasında oynadıqdan sonra yenidən “Roma”ya qayıdacaq. Artıq növbəti mövsümdən etibarən bu futbolçunun xidmətindən yararlanmağı düşünürük”.     

Xəbər xətti