"Milan"a şad xəbər: 4 aydan sonra sağaldı

17:42 - 31 Oktyabr 2014

Montoliva yaşıl meydanlara geri dönür

 

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Rikkardo Montolivo zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu məşqlərə başlayib. Montolivo ilk olaraq fiziki vəziyyətinin düzəlməsi üçün fərdi məşqlər edəcək və daha sonra komanda ilə birlikdə məşqlərə qoşulacaq.

 

Qeyd edək ki, yarımmüdafiəçi İtaliya və İrlandiya milliləri arasında keçirilən yoxlama matçında sıradan çıxmışdı. Futbolçu bu zədə səbəbindən DÇ-2014-də iştirak etməyib.

Xəbər xətti