"Komandanın uğursuz çıxışına görə mən cavab verəcəyəm"
İtaliya A seriyasında “Parma” klubunun çıxışı heç də ürəkaçan deyil.
Sportal.az xəbər verir ki, 9 oyundan 4 xal toplayan komandanın A seriyasını tərk etmək təhlükəsi turdan-tura artır. Ancaq baş məşqçi Roberto Donadoni isə istefa vermək fikrindən uzaqdır. İtaliyalı mütəxəssis klub rəhbərliyinin ona inandığını və qısa müddətdə uğursuzluq zolağından çıxacaqlarını deyir:
“Klub prezidenti ilə hər həftə görüşürəm. Onunla münasibətim yaxşıdır. Klub rəhbərliyi də “Parma”nı ağır vəziyyətdən qurtaracağıma inanır. Komandanın uğursuz çıxışına görə mən cavab verəcəyəm. Ona görə də heç kim mənim işimə qarışa bilməz. İndiki halda da istefa verməyi qorxaqlıq kimi sayıram".
saytlarin hazirlanmasi