İtaliya A Seriyası: "Qarabağ"ın rəqibi autsayderə uduzdu, "Yuventus" yenidən lider oldu

01:45 - 2 Noyabr 2014

"Napoli" "Roma"nı taxtdan saldı
 
İtaliya A Seriyasında 10-cu tura 3 oyunla start verilib.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında liderlər səfərə yollanıblar. "Roma" “Napoli”nin, "Yuventus" isə “Empoli”nin qonağı olub.
 
Ötən tur liderliyi ələ keçirən paytaxt təmsilçisi "Napoli”yə 2:0 hesabı ilə uduzaraq zirvəni yenidən turinlilərə təhvil veriblər. “Yuventus” rəqibini məğlub edərək yenidən liderliyə yüksəlib.  
 
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “İnter” turnir cədvəlinin autsayderi “Parma”nın qonağı olub. Roberto Donadoninin komamndası vacib qələbə qazanaraq aktivindəki xal ehtiyatını artırıb.    
 
İtaliya A Seriyası 10-cu tur
 
1 noyabr
 
“Napoli” - “Roma”  2:0
Qollar: İquain, 3, Kallexon, 85
 
“Empoli” - “Yuventus”  0:2  
Qollar: Pirlo, 61, Morata, 72 
 
“Parma” – “İnter”  2:0
Qollar: De Keqle, 5, 76 

Xəbər xətti