Uğursuz çıxışlar prezidenti narahat edir
İtaliya nəhəngi "İnter"in prezidenti Erik Toxir baş məşqçi Valter Matsariyə 2 oyunluq möhlət tanıyıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "İnter" qarşıdakı "Sent Etyen" və İtaliya A seriyasında "Verona" ilə matçındakı nəticələrlə Matsarinin vəziyyətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "İnter" İtaliya A seriyasının 10-cu turunda "Parma"ya məğlub olmaqla 9-cu pilləyə enib.
saytlarin hazirlanmasi