İtaliyada hakimlər çempionatı boykot etməyə hazırlaşırlar

03:30 - 6 Noyabr 2014

Marçello Niççi: “Artıq hakimlər oyunlara çıxmaq istəmirlər"   
 
İtaliyada A seriya oyunlarını idarə edən hakimlər çempionatı boykot etməyə hazırlaşırlar.
 
Sportal.az xəbər verir ki, Hakimlər Komitəsinin rəhbəri Marçello Niççi ölkədə ədalət təmsilçilərinə qarşı olan təzyiqlər ildən-ilə artır. Komitə rəhbərinin sözlərinə görə, belə davam edəcəyi halda hakimlər qarşıdakı turlarda oyunlara çıxmayacaqlar:
 
“Artıq hakimlər oyunlara çıxmaq istəmirlər. Çünki, onlara qarşı təzyiqlər çoxdur. Federasiya rəhbərinin məsələdən xəbəri var. Əgər bu təzyiqlərin qarşısı vaxtında alınmasa, onda hakimlər çempionat oyunlarını baykot edəcəklər”.
 
İtaliya Futbol Federasiyasının rəhbəri Karlo Taveççio məsələyə  yaxın günlərdə baxılacağını deyib:
 
“Hakimlərə olan təzyiqlər haqda bizə də məlumat çatıb. Noyabrın 14-də federasiyada yığıncaq keçirib bu məsələyə aydınlıq gətirməyə çalışacağıq. Bu cür halların qarşısını vaxtında almaq lazımdır. Həmin toplantıda müzakirələr aparılacaq və məsləylə bağlı qərar çıxarılacaq”.

Xəbər xətti