Çempionlar Liqasının bombardiri "Yuventus"un gündəmində

17:20 - 7 Noyabr 2014

Klub braziliyalını istəyir

 

Ukrayna "Şaxtyor"unun hücumçusu Luis Adriano "Yuventus"un diqqət mərkəzindədir.
 
Sportal.az xəbər verir ki, Turin təmsilçisi braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. İtaliya təmsilçisinin qışda braziliyalı futbolçuya görə klubuna rəsmi təklif göndərəcəyi gözlənilir.
 
Qeyd edək ki, Adriano Çempionlar Liqasında 9 qolla bombardirlər siyahısında liderdir. Braziliyalı futbolçu Ukrayna çempionatında isə 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti