"Napoli"nin prezidenti Joze Kallexonu təbrik etdi

11:55 - 8 Noyabr 2014

Yarımmüdafiəçi millinin heyətində

 

"Napoli"nin prezidenti Aurelio de Laurentis, komandasında çıxış edən Xose Kallexonu milliyə çağırılması münasibəti ilə təbrik edib.

 

Sportal.az xəbər verir ki,  prezident öz twitter hesabından futbolçuya xoş sözlər yazıb: "Əzizim, Xallexon səni milliyə çağırılman münasibəti ilə təbrik edirəm. Sən bunu haqq etmişdin."

 

Qeyd edək ki, İspaniya yığmasının baş məşqçisi Visente Del Boske AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində 15 noyabrda Belçika millisi ilə oynayacaqları matçda Kallexonu sifariş ərizəsinə daxil edib.

Xəbər xətti