Uğursuz çıxışlar rəhbərliyi təngə gətirib
"Qarabağ"ın Avropa Liqasında rəqibi olan Milanın "İnter" klubu Nemanya Vidiçlə yollarını ayırmaq istəyir.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun istənilən oyunu sərgiləyə bilməməsi klub rəhbərliyini bu addımı atmağa sövq edir.
Qeyd edək ki, bu mövsüm "Mançester Yunayted"dən ayrıldıqdan sonra azad agent statusunda "İnter"ə keçib.
saytlarin hazirlanmasi