"Qarabağ"ın rəqibi növbəti sınaq qarşısında

15:15 - 9 Noyabr 2014

Milan təmsilçisi turnir cədvəlində mövqeyini yaxşılaşdıra bilər

 

Bu gün İtaliya A Seriyasında 11-ci tura yekun vurulacaq.

Sportal.az xəbər verir ki, son oyun günündə 8 qarşılaşma keçiriləcək.
 
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" doğma meydanda "Verona" ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Günün digər görüşlərində "Yuventus" klubu öz meydanında "Parma"nı, "Roma" isə "Torino"nu sınağa çəkəcək. "Napoli" səfərdə "Fiorentina"nın, "Latsio" isə "Empoli"nin qonağı olacaq.

 

9 noyabr

23:45. “İnter” – “Verona”

“Kalyari” – “Cenoa”

“Kyevo” – “Çezena”

“Empoli” – “Latsio”

“Yuventus” – “Parma”

“Palermo” – “Udineze”

“Fiorentina” – “Napoli”

“Roma” – “Torino”
 

8 noyabr


İtaliya A seriyası, 11-ci tur
 
"Sassuolo” – “Atalanta” - 0:0
  
“Sampdoriya” – “Milan” - 2:2
Qollar: 
El-Şəravi, 10 (0:1),  Okaka, 45+1 (1:1), Eder, 51 (1:2), Menes, 65 (2:2)

Xəbər xətti