Klub rəhbərli baş məşqçidən narazıdır
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İtaliya "İnter"i baş məşqçisiz qala bilər.
Sportal.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Valter Matsarinin fəaliyyətindən kəskin narazıdı və onu başqasıyla əvəzləmək fikrindədir.
Bu xəbəri "İnter" klubunun prezidenti Erik Tohir də təsdiqləyib. O, baş məşqçi məsələsini ən qısa zamanda həll edəcəklərini açıqlayıb.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi turnir cədvəlində 16 xalla 9-cu pillədədir. İtaliya təmsilçisi dekabrın 11-də Bakıda Azərbaycan çempionunun qonağı olacaq.
saytlarin hazirlanmasi