Rezart Taçi klubun rəhbəriylə görüşdü
Albaniyalı maqnat Rezart Taçi İtaliya A seriyasında çətin günlərini keçirən “Parma” klubunun səhmlərini almaq istəyir.
Sportal.az xəbər verir ki, klubun prezidenti Tommazo Cirardi ilə görüşən iş adamına rusiyalı biznesmenlərin dəstək verildiyi bildirilir. Taçinin İtaliya klublarından birinə sahibi olmaq istəyi 2009-cu ildən davam edir. O vaxt “Bolonya” klubunu almağa can atan biznesmen istəyi baş tutmayıb. 2011/12-ci il mövsümündə “Milan”ı ələ keçirməyə çalışan iş adamının klubun sahibi Silvio Berluskoniylə də danışıqlar uğursuz nəticələnib.
saytlarin hazirlanmasi