"Tevez “Yuve”in şərəfini qorumaqdan məmnundur"
“Yuventus” rəhbərliyi komandanın aparıcı futbolçularından sayılan Karlos Tevezlə yeni müqavilə imzalamaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə Turin klubunun icraçı-direktoru Cüzeppe Marotta açıqlama verib:
“Karlos anadangəlmə qalibdir. Onun “Yuventus”la hələ 1,5 illik müqaviləsi mövcuddur. O, istəsə, biz onunla yeni müqavilə imzalayacağıq. Tevez “Yuve”nin şərəfini qorumaqdan məmnundur”.
Qeyd edək ki, Tevez 2013-cü ildə “Mançester Siti”dən “Yuventus”a transfer olunub.