"Klub indi ən ağır günlərini yaşayır"
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” klubunun yeni baş məşqçisi Roberto Mançini komandasının A seriyasında çıxışını dəyərləndirib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis hazırda Milan təmsilçisinin çempionatdakı vəziyyətinin o qədər yaxşı olmadığını deyib:
“Hələ ki, “İnter”də psixoloji vəziyyəti düzəltməyə çalışıram. Klubun əvvəlki əzəmətini qaytarmaq üçün vaxt lazımdır.
İndi “İnter” ən ağır günlərini yaşayır. İtaliyada hər bir oyun çətin və ağır keçir. Bizi A seriyasında ardıçıl iki çətin qarşılaşma gözləyir. Əvvəl “Milan” ardınca da “Roma” ilə oyun. Bu iki oyun həm maraqlı həm də çətin olacaq. Əlbəttə ki, komandanın əsl gücünü belə oyunda bəlli olur. Ona görə də, tezliklə uğur qazanacağımıza söz vermirəm”
saytlarin hazirlanmasi