"Yuventus"un futbolçusu komandanı tərk etməkdən imtina etdi

15:15 - 19 Noyabr 2014

Hücumçu 2015-in yayına qədər komandada

 

"Yuventus"un 27 yaşlı hücumçusu Sebastyan Covinko sezonun sonuna qədər komandada qalmaq istədiyini bildirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, son vaxtlarda Turin klubunda forma geyinmək şansı əldə etməyən Covinko öz açıqlamsında bunları qeyd edib:

 

"Nə isə düzgün getmir. Bu mövsüm hər şey istədiyim kimi getmir. Yanvar ayında komandanı tərk etmək fikrim yoxdur. Sezonun sonunda bu barədə fikriləşib bir qərar vermək olar."

Xəbər xətti