Şaçiri karyerasını İtaliyada davam etdirə bilər
“Bavariya”da forma geyinən Cerdan Şaçiri “Qarabağ”ın Avropa Liqasında rəqibi İtaliyanın “İnter” klubu yaxından maraq göstərir.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi isveçrəli futbolçunu icarə əsasında heyətinə qatmağa hazırlaşır. 23 yaşlı yarımmüdafiəçi carı mövsüm Munhen klubunun heyətində 11 oyuna çıxıb və rəqib qapılarına 2 dəfə yol tapıb. Qış fasiləsində futbolçunu düşərgəsinə qatmaq uğrunda “İnter”lə yanaşı “Yuventus”, “Roma” və Moskva “Spartak”ı mübarizə aparacaq.
saytlarin hazirlanmasi