Yeni qərar növbəti mövsüm gerçəkləşəcək
İtaliya Futbol Federasiyası A seriyasının yeni mövsümü üçün reqlamentdə dəyişikliklər edib.
Sportal.az xəbər verir ki, A seriyasında 2015/16 mövsümündə klublar sifariş ərizəsində 25 futbolçunun adını verəcək. Həmin siyahıda ən azı 4 oyunçu italiyalı və klub akademiyasının yetişdirməsi olmalıdır.
Avropa Birliyinə daxil olmayan ölkələrdən futbolçuların A seriyasında çıxış etməsi indi çətin olacaq. Qeydiyyatı olan gənc futbolçular italiyan olmalı və ölkədə ən azı dörd il oxumalıdır. Legionerlərə gəlincə, klub yalnız bir əcnəbini başqasının yerinə imzalamaq hüququna malikdi. O şərtə ki, futbolçu son üç il boyunca peşəkar müqavilə bağlasın.
saytlarin hazirlanmasi