"Roma" 12 yaşlı istedadla müqavilə bağladı

01:00 - 21 Noyabr 2014

Kot-d`İvarlı hücumçuya ölkəsində “Yeni Jervinyo” ləğəbi verilib
 
“Roma” klubu hücumçu Viqor Perkonti Bambayla razılığa gəlib.
 
Sportal.az xəbər verir ki, İtaliya təmsilçisi 12 yaşlı istedadla ölkəsi Kot-d`İvarda müqavilə bağlayıb. Artıq gələn aydan etibarən  Bamba “Roma” klubunun aşağı yaş qruplarında məşqlərə başlayacaq. Ölkəsində yeniyetmə futbolçuya “Yeni Jervinyo” ləğəbi verilib.
 
Qeyd edək ki, yeniyetmə futbolçunu heyətinə qatmaq uğrunda “Roma” ilə yanaşı “İnter”, “Empoli”, “Sampdoriya” və “Fiorentina” klubları mübarizə aparırdı.   

Xəbər xətti