"Milan"nın sabiq futbolçusu Hindistana üz tutur

01:00 - 27 Noyabr 2014

İtaliya yığmasının sabıq üzvü “Çennai” klubundan təklif alıb 
 
İtaliya millisinin və "Milan" klubunun sabiq üzvü Alessandro Nesta karyerasını Hindistanda davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, son mövsümü Kanada “Toronto”sunda keçirən 38 yaşlı müdafiəçi Hindistanın “Çennai” klubundan təklif alıb. 
 
Kanada təmsilçisində ayına 21 min dollar maaş  alan italiyalı futbolçu yaxın günlıərdə yeni klubuyla müqavilə bağlayacaq. Alessandro Nestanı “Çennai” klubuna keçmiş  komanda yoldaşı Marko Materassi dəvət edib. Materassi hazırda sözügedən komandada oyanayan məşqçidir.       

Xəbər xətti