"Bizim üçün çempionat Avroliqadan daha önəmlidi"

17:45 - 1 Dekabr 2014

"Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik"

 

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini A Seriyasında "Roma"ya  4:2 hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli baş məşqçi matçdan sonra bunları söyləyib:

"Bizim üçün bu məğlubiyyət çox üzücü oldu. İki dəfə rəqib hesabda önə keçsə də, bərabərlik qolunu vura bildik. Biz Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik. Ona görə də A Seriyası Avropa Liqasından daha önəmlidi".

Xəbər xətti