İtaliya A seriyası: "Napoli"ni Zapata xilas etdi

02:45 - 2 Dekabr 2014

İddialılar turu itkisiz yola verdilər
 
İtaliya A seriyasında 13-cü turun  turun oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, son oyun günündə “Sampdoriya” – “Napoli” komandaları üz-üzə gəlib. Meydan sahibləri hesabda öndə olsalar da, sona qədər üstünlüklərini qoruya bilməyiblər.
 
 
Hakimin əsas vaxta əlavə etdiyi ikinci dəqiqədə Zapata qol vuraraq “Napoli”ni məğlubiyyətdən xilas edib. 
 
 
İtaliya A seriyası 13-cü tur
 
 
29 noyabr
 
“Sassuolo” – “Verona”  2:1
Qollar: Sanson, 50, Tayder, 77 - Moras, 7
 
“Kyevo” – “Latsio”  0:0
 
30 noyabr
 
"Milan” – “Udineze”  2:0
Qollar: Menez, 65-pen, 75
 
“Kalyari” – “Fiorentina”  0:4
Qollar: Fernandes, 17, 55, Qomes, 69, Quadrado, 74
 
“Çezena” – “Cenoa”  0:3
Qollar: Matri, 4, Antonelli, 7, Volta, 43-öz qapısına
 
“Empoli” – “Atalanta”  0:0
 
"Palermo” – “Parma”  2:1
Qollar: Dibala, 37, Barreta, 73 - Palladino, 41
 
“Yuventus” – “Torino”  2:1
Qollar: Vidal, 15-pen, Pirlo, 90+3 - Bruno Peres, 23
 
“Roma” – “İnter”  4:2
Qollar: Cervinyo, 21, Holebas, 47, Pyaniç, 60, 90+2 - Ranokkia, 36, Osvaldo, 57
 
1 dekabr
 
“Sampdoriya” – “Napoli”  1:1
Qollar: Eder, 58 - Zapata, 90+2

Xəbər xətti