İtaliya A Seriyası: "İnter" Bakıya məğlub durumda gəlir YENİLƏNİB

01:30 - 8 Dekabr 2014

Milan təmsilçisi Bakıya hansı əhval-ruhiyyədə gələcək?
 
İtaliya A seriyasında 14-cü turun növbəti oyunları baş tutub.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında lider “Yuventus” Florensiyada “Fiorentina”nın qonağı olub. Cari mövsüm bir dəfə məğlubiyyətlə üzləşən “Qoca Sinyora” ikinci dəfə meydanı heç-heçə ilə tərk edib.
 
Turin təmsilçisinin xal itkisindən onun izləyiçisi “Roma” yararlana bilməyib. Belə ki, paytaxt klubu “Sassuolo”nun müqavimətini qıra bilməyib.  
 
Avropa Liqasnın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” “Cuzeppe Meatsa” stadionunda “Udineze”ni sınağa çəkəcək.
 
 
İtaliya A Seriyası 14-cü tur
 
 
5 dekabr
 
"Fiorentina” – “Yuventus”  0:0
 
6 dekabr
 
“Roma” – “Sassuolo”  2:2
Qollar:
 Lyayiç, 78-pen, 90+3 - Zaza, 16, 18
 
“Torino” – “Palermo”  2:2
Qollar: Martines, 35, Qlik, 64 - Riqoni, 16, Dibala, 43
 
7 dekabr
 
“Napoli” – “Empoli”  2:2
Qollar: Sapata, 67, de Quzman, 72 - Verdi, 19, Ruqani, 53
 
“Atalanta” – “Çezena”  3:2
Qollar: Benalun, 45, Stendardo, 50, Morales, 52 - Defrel, 31, 43 
 
“Cenoa” – “Milan”  1:0
Qol: Antonelli, 32
 
“Parma – “Latsio”  1:2
Qollar: Palladino, 45 - Mauri, 48, Felipe Anderson, 59
 
23:45 “İnter” – “Udineze”  1:2
Qol:
İkardi, 44 - Fernandes, 60, Tereau, 71
 
8 dekabr
 
22:00 “Kalyari” – “Kyevo”
00:00 “Verona” – “Sampdoriya”

Xəbər xətti