Klub rəhbərliyi Di Karloyla razılığa gəldi
Cari mövsüm A seriyasında uğursuz çıxış edən və turnir cədvəlinin son pillələrində qərarlaşan “Çezena” komandasında baş məşqçi dəyişikliki reallaşıb.
Sportal.az xəbər verir ki, 14-cü turda səfərdə “Atalanta”ya 3:2 hesablı məğlubiyyətdən sonra “Çezena”nın baş məşqçisi Pierpaolo Bisolli vəzifəsindən uzaqlaşdırılıb. Klub rəhbərliyi boş qalmış baş məşqçi postuna Domeniko Di Karlonu gətirib. 50 yaşlı mütəxəssis müxtəlif vaxtlarda “Parma”, “Kyevo”, “Sampdoriya” və “Livorno” klublarını çalışdırıb.
saytlarin hazirlanmasi